Bakıda qəribə olay: yol polisinin avtomobilini oğurladılar

Bakıda qəribə olay: yol polisinin avtomobilini oğurladılar
19:32 15 Yanvar 2015
131 Digər
Ölkə mətbuatı
A- A+

Avtomobil Biləcəridə gölün içərisində aşkar edilib
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində çalışan 5-ci tağımın əməkdaşının “VAZ 2107” markalı şəxsi avtomobili oğurlanıb.

Milli.Az aznews.az-a istinadən xəbər verir ki, oğurluq hadisəsi gecə saatlarında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin həyətində qeydə alınıb. Belə ki, yol polisi əməkdaşı xidməti maşınını təhvil verdikdən sonra öz maşınının mühərrikini işə salıb və ratsiyanı təhvil vermək üçün binaya daxil olub.

Geri qayıtdıqda isə o, avtomobilini yerində tapmayıb. Aparılan araşdırmalar nəticəsində oğurlanan avtomobil Biləcəridə gölün içərisində aşkar edilib. Maşının seriyası məlum olmasa da, nömrəsinin “154” olduğu bildirilir. Hazırda maşın oğrusunun axtarışı davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/319253.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR