SOCAR İranda keçirilən 20-ci beynəlxalq neft, qaz, emal və neft-kimya sərgisində təmsil olunub

SOCAR İranda keçirilən 20-ci beynəlxalq neft, qaz, emal və neft-kimya sərgisində təmsil olunub
18:18 8 May 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 8 may, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) İran İslam Respublikasında keçirilən 20-ci beynəlxalq neft, qaz, emal və neft-kimya sərgisində xüsusi stendlə təmsil olunub.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, şirkətin stendi iştirakçılar arasında maraq doğurub, İranın Neft Nazirliyinin məsul işçiləri, bir sıra xarici şirkətlərin nümayəndələri və media nümayəndələri SOCAR-ın son illərdə gördüyü işlər və əldə etdiyi nailiyyətləri böyük maraqla qarşılayıblar. Şirkətin elm və texnika şöbəsinin rəisi Nazim Vəliyev və SOCAR-ın İran nümayəndəliyinin direktoru Oqtay Sadıqzadə stendin ziyarətçilərinə Dövlət Neft Şirkətinin fəaliyyəti ilə bağlı məlumat verib, suallar ətraflı cavablandırılıb.
Sərginin açılışında İran prezidentinin birinci müavini İshaq Cahangiri, neft naziri Bijən Namdar Zəngənə, İranın milli neft şirkətinin prezidenti Rüknəddin Cavadi, parlament üzvləri və xarici şirkətlərin nümayəndələri iştirak ediblər. Mərasimdə neft naziri Bijən Namdar Zəngənə İranın neft, qaz və neft-kimya sənayesinin əldə etdiyi uğurlardan danışıb.
20-ci İran Beynəlxalq neft, qaz, emal və neft-kimya sərgisində 1200-dən artıq yerli və 39 ölkədən 600 xarici şirkət iştirak edib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/SOCAR_Iranda_kechirilen_20_ci_beynelxalq_neft_qaz_emal_ve_neft_kimya_sergisinde_temsil_olunub-853569

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR