Obamanı Hindistanda terror aktları gözləyir

20:03 15 Yanvar 2015
77 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

ABŞ Prezidenti Barak Obamanın Hindistana səfəri zamanı terror aktlarının törədilməsi planlaşdırılır.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Hindistanın general-leytenantı Karan Sinqh deyib.

Onun sözlərinə görə, təqribən 200 silahlı Hindistan ərazisinə keçməyə hazırlaşır: "Hindistan-Pakistan sərhədində terrorçu şəbəkəsi fəaliyyət göstərir. Onlar hərbi, mülki obyektlərə və məktəblərə hücum etməyi düşünürlər".

Qeyd edək ki, 26 yanvar Respublika Günü ilə əlaqədar B.Obamanın Hindistana səfəri gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2353721.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR