Obama belə öldürülə bilər

Obama belə öldürülə bilər
20:26 15 Yanvar 2015
105 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obamaya qarşı terror edilə bilər.

ANS PRESS-in məlumatına görə, belə bir iddia ilə Hindistanın generalı Karan Sinqh çıxış edib. Onun sözlərinə görə, Obamaya Hindistana səfəri zamanı terror aktlarının törədilməsi planlaşdırılır:

"200 terrorçu Hindistan ərazisinə keçməyə hazırlaşır. Hindistan-Pakistan sərhədində terrorçu şəbəkəsi fəaliyyət göstərir. Terrorçular hərbi, mülki obyektlərə və məktəblərə hücum etməyi düşünürlər".

Qeyd edək ki, 26 yanvar Respublika Günü ilə əlaqədar ABŞ prezidenti Hindistana səfər edəcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319938

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR