iPhone-a yeni rəqib satılır

iPhone-a yeni rəqib satılır
21:42 15 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Çində istehsal olunan Xiaomi smartfonlarının paytaxt Pekində təqdimatı keçirilib.
 
Təqdimat zamanı iki yeni model - Mi Note i Mi Note Pro smartfonları nümayiş etdirilib.
 
Milli.Az BBC-yə istinadən bildirir ki, təhlilçilər bu modellərin Apple şirkətinin buraxdığı iPhone telefonlarına ciddi rəqabət təşkil edəcəyini güman edirlər.
Yeni modelləri təqdim edən Xiaomi şirkətinin direktoru Lei Jun Mi Note smartfonunun iPhone 6 Plus-dan həm nazik, həm yüngül olduğunu bildirib.
 
Yeni samrtfonun ekran diaqonalı 5,7 düym, qalınlığı 6,95 mm, çəkisi 161 gramdır. Bu isə Xiaomi-nin yeni modelinin iPhone 6 Plus-dan 1.05 mm nazik və 11 gram yüngül olması deməkdir.
 
Mi-Note smartfonun baza modelinin 16 GB həcmli yaddaşı, 3 GB əməli yaddaşı və 4-nüvəli Snapdragon 801 prosessoru var.
 
Smartfonun qiyməti 2299 yuan ( 371 dollar) olacağı deyilib, bu isə iPhone 6 Plus və Samsung Galaxy Note 4 smartfonlarından 2 dəfə ucuz qiymət deməkdir.
Yeni modellərin hər ikisində 13 meqapiksel və 4 meqapiksellik ön və arxa kameralar quraşdırılıb.
 
Təhlilçilərin qeyd etdiyi kimi, Xiaomi 2014-cü ildə ən böyük sürətlə inkişaf edən smartfon istehsalı şirkəti olub.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/51757.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR