"Oscar" mükafatına namizədlər - SİYAHI

"Oscar" mükafatına namizədlər - SİYAHI
21:47 15 Yanvar 2015
195 Maraqlı
Ölkə mətbuatı
A- A+

“Oscar” mükafatının qısa siyahısı açıqlandı.
 
Milli.Az "Azadlıq" radiosuna istinadən bildirir ki, “Birdman” (Bödmən) və “Grand Budapest Hotel” (Qrand Budapeşt Mehmanxanası) filmləri 9 nominasiyada mükafata namizəddirlər.
 
“Boyhood” (Oğlan çağı) filminin də şansları yüksəkdir.
 
“Bödmən” filmi qəfildən məşhurlaşan, sonra getdikcə yaddan çıxmağa başlayan Hollivud aktyorunun illər sonra yenidən özünü tapmağa, onu qarabaqara izləyən Bödmən obrazından yaxa qurtarmağa çalışması haqdadır.
 
“Oğlan çağı” Berlin Kinofestivalında "Ən yaxşı rejissor" nominasiyasında "Gümüş şir" mükafatını qazanıb. Film 6 yaşlı Mason Evans-ın necə böyüməsindən, valideynlərinin boşanmasından, onun narkotiklərlə ilk "tanışlığından", özünə sevgili tapmasından və s.-dən bəhs edir.
 
Amerika Kino Akademiyası “Oscar” mükafatının qaliblərini fevralın 22-də elan edəcək.
 
Bəzi nominasiyalar üzrə qısa siyahılar: 
 
“Ən yaxşı film”
 
"Amerikan snayperi" 
 
"Bödmən" 
 
"Oğlan çağı" 
 
"Qrand Budapeşt Oteli" 
 
"İmitasiya oyunu”
 
"Selma"
 
"Hər şey nəzəriyyəsi”
 
"Tutma"  
 
“Ən yaxşı rejissor”
 
Alejandro González Iñárritu, "Bödmən"
 
Richard Linklater, "Oğlan çağı"
 
Bennett Miller, "Tülkü ovçusu"
 
Wes Anderson, "Qrand Budapeşt Oteli"
 
Morten Tyldum, "İmitasiya oyunu”  
 
“Ən yaxşı aktyor”
 
Steve Carell, "Tülkü ovçusu"
 
Bradley Cooper, "Amerikan snayperi"
 
Benedict Cumberbatch, "İmitasiya oyunu”
 
Michael Keaton, "Bödmən"
 
Eddie Redmayne, "Hər şey nəzəriyyəsi"
 
“Ən yaxşı aktrisa”
 
Marion Cotillard, “İki gündüz, bir gecə”
 
Felicity Jones, “Hər şey nəzəriyyəsi”
 
Julianne Moore, "Still Alice"
 
Rosamund Pike, "İtmiş qız”
 
Reese Witherspoon, "Wild" (Vəhşi)
 
 
“Ən yaxşı xarici film”
 
"Ida," Polşa
 
"Leviafan," Rusiya
 
"Mandarinlər," Estoniya
 
"Timbuktu," Mavritaniya
 
"İlginc hekayətlər" Argentina.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/51683.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR