"Məhəmməd peyğəmbərin karikaturasını dərc edən jurnal cinayətkardır"

"Məhəmməd peyğəmbərin karikaturasını dərc edən jurnal cinayətkardır"
22:27 15 Yanvar 2015
141 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyanın Qüds və İskəndəriyyə Yunan-Katolik kilsəsinin patriarxı “Charlie Hebdo” jurnalının əməlini cinayət hesab edib 
İslam.az-ın islamazeri.az-a istinadən verdiyi xəbərə görə, Məlkiti Katolik-Yunan kilsəsinin və Antakya Qüds və İskəndəriyyə Patriarxı Qriqoriy 3-cü Laham “Charlie Hebdo” jurnalını tənqid edib.
 
O bəyan edib ki, “Charlie Hebdo” jurnalının Məhamməd peyğəmbəri (s) təsvir etməsi cinayətdir. Dini müqqəddəsləri, dini və mənəvi dəyərləri təhqir etmək cinayətkar addımdır. Patriarx Avropanı öz dəyərlərinə və müsəlmanlara ehtiram etməyə çağırıb.
 
"Millətlər bir-birlərinin mədəni irsini qəbul edib və onlara hörmətlə yanaşmalıdırlar. Fransada baş verən ölüm hadisəsi cinayət olduğu kimi Peyğəmbərləri, dini və mənəviyyatı təhqir etmək də cinayət sayılır. İŞİD-in yaxın şərqdə insanlığa zidd davranışlarının baş verdiyi ağır mənəvi dövrdə xristianlar kimi müsəlmanlar da əziyyət çəkir. Belə kalikaturaların nəşri müsəlmanlara xristianlar arasında qarşıdurma yaratmayacağına ümid edərək bildirirəm ki, xristianlarla müsəlmanlar birləşərək islamın və xristianlığın mənəvi dəyərlərini qoruyacaqlar".
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319218.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR