Ərdoğandan ermənilərə mesaj (VİDEO)

Ərdoğandan ermənilərə mesaj (VİDEO)
22:56 15 Yanvar 2015
120 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə və Azərbaycan strateji əməkdaşlığının inkişaf etdirilməsini hədəf seçən iki ölkənin lideri bu gün çox vacib görüş keçirdi.

ANS-in Ankaraya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasında bir araya gələn prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan çox vacib məsələləri müzakirə ediblər.

Prezidentlərin mətbuata bəyanatları da iki qardaş ölkə arasında münasibətlərin bundan sonra davam etdiriləcəyinə mesaj idi. Ermənilərin qondarma soyqırımın 100 illiyini qeyd etməyə hazırlaşdığı gün, yəni aprelin 24-də bir sıra dövlət başçısının Çanaqqala qələbəsinin 100-cü yubileyi münasibətilə Türkiyədə toplaşması qərarı məhz bu görüşdə açıqlandı.

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın vacib bəyənatlarını aşağıdakı videoda izləyə bilərsiniz


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=319959

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR