WhatsApp-da böyük yenilik hazırlanır

WhatsApp-da böyük yenilik hazırlanır
23:52 15 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

WhatsApp-ın sərmayədarı Sequoia Capital şirkəti İsrailin Rounds şirkətinin mobil videoçatına 12 milyon dollar sərmayə yatırıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Samsung Venture şirkəti də bu texnologiyaya sərmayə yatırıb və bu, Rounds şirkətinə 22 milyon dollaradək fond kapitalını artırmağa imkan verəcək.
 
Fondun vəsaitləri şirkətin fəaliyyətinin genişləndirilməsinə, əsasən də ABŞ-da yeni işçilərin cəlb edilməsinə və texnologiyanın gələcək inkişafına yönəldiləcək.
 
Mobil məlumatlar sahəsində biz aktivik və inanırıq ki, növbəti mərhələdə artıq söhbət ani videoçatlardan və interaktivlikdən gedəcək, - deyə Sequoia Capitalın tərəfdaşı Şmil Levi bildirib.
 
Rounds mobil proqramının 25 milyon istifadəçisi var və onlar oyun oynaya, videoya baxa və videosöhbətlər zamanı foto paylaşa bilərlər.
 
Şirkət hələ gəlir axtarmır və bu ilə onun əsas məqsədi platformanın yayılması və onun istifadəsinin genişləndirilməsidir. Artıq bundan sonra şirkət gəlirlərin artımını gözləyəcək.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/319228.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR