"Forsaj"ın cazibədar ulduzundan yeni fotolar

"Forsaj"ın cazibədar ulduzundan yeni fotolar
00:26 16 Yanvar 2015
153 Şou
Ölkə mətbuatı
A- A+

"Forsaj" filminin və "Lost" serialının ulduzu Mişel Rodrigez həmişə şəxsi həyatı barədə məlumatları mediadan gizlətməyi üstün tutsa da, bu dəfə öz ənənəsinə sadiq qalmayıb.

Axşam.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, o, "İnterview" jurnalına müsahibəsində heç kimə danışmadığı mövzulardan bəhs edib:

36 yaşlı aktrisa uzun müddətli münasibətlərə dözə bilmədiyini, uzağı 6 ay eyni adamla yaşaya biləcəyini bildirib:

"Çoxlu yaxın dostum var. Onlar da bilirlər ki, uzunmüddətli sevgilərin adamı deyiləm. Gələcək uşağımın atasının kim olacağı barədə fikirləşəndə dəhşətə gəlirəm. Əgər uğurlu namizədim olarsa, bu həyatımı tamam dəyişə bilər".

Aktisa müsahibəsində deyib ki, o, ilk növbədə sevgini əsas tutur:

"Mən, sadəcə, sevmək istəyirəm. Ondan sonra ailə və uşaq barədə düşünə bilərəm".

Qeyd edək ki, Mişel hazırda model Kara Delevinle birgə olan aktyor Zak Efronla da bir müddət sevgili olub.






Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25168

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR