Bakıda qəbirstanlıqda yaşayan ailə (VİDEO)

Bakıda qəbirstanlıqda yaşayan ailə (VİDEO)
01:21 16 Yanvar 2015
726 Digər
Ölkə mətbuatı
A- A+

Körpə uşaqlarla birgə dirilərlə dil tapmayan ailə ölülərin məkanına sığışıb. “Adam içində” verilişində diriykən qəbirstanlıqda yaşayan ailənin vaxtilə imkanlı olması üzə çıxıb.

Nərgiz xanım yaşadığı bu günə, bu vəziyyətinə dəfələrlə şükür edir. Biz də şükür edirik, hər halda onun indi yaşadığı yeri görüb bu xanımın sağ-salamat qalmasına tək biz yox, siz də şükür edəcəksiz. Məsələ ondadır ki, bu xanım əhatəsində olan uşaqları ilə birgə hamımızın son mənzil adlandırdığımız, amma taleyin hökmü ilə bu körpələrin öz evi kimi tanıdığı qəbirstanlıqda yaşayır. Təəccüblü ola bilər. İnsanların hürküb qaçdığı bu qəbir daşları arasında uşaqlar rahat dolaşıb, boya başa çatırlar.

Qadın deyir ki, vaxtilə qəbirstanlıq sakini olacağını heç ağlına belə gətirməyibmiş. Adi vətəndaş kimi öz mənzilində yaşıyırmış. Hətta şəxsi biznesi olub, yaxşı pul da qazanıb. Amma tale elə gətirib ki, həyat yoldaşı dünyasını dəyişən qadın öz işini itirərək çarəsiz vəziyyətdə burada məskunlaşmalı olub.

Əyyaşların, sərxoşların məskəni olan bu qəbirstanlıqda balaca komada Nərgiz xanım tək yaşamır. Onun əhatəsində 4 nəvəsi, kürəkəni, qızları da acınacaqlı həyat sürürlər. Qohumlarından, yaxınlarından heç bir şey ummayan Nərgiz xanım, ona kömək olunacağına ümüd edir. Xaçmaz rayonunda qeydiyyatda olan qadının istəyi isə yaşamaq üçün daimi bir evin olmasıdır.

“Adam içində” verilişinə çıxan qadına deyəsən, kömək əli uzadan tapılıb. Belə ki, Xaçmaz Rayon İcra Hakimiyyətindən qəbirstanlıq sakini olan qadına və ailəsinə kömək edilməsi barəsində söz verilib.

Hər halda, ümüd edirik ki, bu əlacsız, amma güclü xanım son mənzil sakini deyil, normal mənzilinin sakini olacaq.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=319983

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR