Türkiyəyə xəbərdarlıq edildi

08:51 16 Yanvar 2015
79 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa Parlamenti Türkiyə hökumətinin ölkədə söz və ifadə azadlığına qarşı təzyiq göstərməsini sərt şəkildə təndiq edib.

Ötən gün deputatlar məsələ ilə əlaqədar müzakirələr aparıblar. Sonda səsvermə yolu ilə Türkiyəyə xəbərdarlıq edilməsinə dair bəyannamə qəbul olunub. 593 deputatdan 511-i qərarın lehinə səs verib.

Avropalı deputatlar, əsasən, ötən ilin dekabr ayında Zaman qəzeti və Samanyolu televiziyasına qarşı keçirilən reydləri təndiq ediblər.

14 dekabr reydləri zamanı 23 nəfər həbs edilmişdi. Həbs edilənlər arasında jurnalistlərlə yanaşı, produserlər, direktorlar, eyni zamanda, polis rəisləri və əməkdaşları da var idi. Türkiyə hökuməti saxlanılan şəxslərin “paralel hökumət” qüvvələri ilə əlqaəli olduğunu ehtimal edir.

Ötən gün isə, “Cümhuriyyət” qəzeti Məhəmməd (S) peyğəmbərin karikaturasını dərc edən Fransanın “Şarli Ebdo” jurnalınından səhifələr yayımladığı üçün qəzetin redaksiyasına qarşı istintaq başladılıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320020

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR