Otellər və Restoranlar Assosiasiyasının sədri və Rusiyanın tanınmış şərab eksperti arasında telekonfrans keçirilib - FOTO

Otellər və Restoranlar Assosiasiyasının sədri və Rusiyanın tanınmış şərab eksperti arasında telekonfrans keçirilib - FOTO
09:47 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Otellər və Restoranlar Assosiasiyasının mətbuat xidmətinin yaydığı məlumata istinadən, 15 yanvar 2015-ci il tarixində Assosiasiyanın idarə heyətinin sədri cənab Samir Dübəndi və Rusiyanın tanınmış şərab eksperti, Rusiya Somelyelər Assosiasiyasının üzvü, Sankt-Peterburq Somelyelər Assosiasiyasının prezidenti, Somelyelər müsabiqəsinin sədri və Somelyelər məktəbinin rəhbəri cənab İqor Şarbatov arasında telekonfrans keçirilmişdir.

Danışıqlar çərçivəsində dünya şərabçılıq sənayesinin uğurlarından, Sankt-Peterburq Somelyelər Assosiasiyasının apardığı fəaliyyətdən, Azərbaycanda bu qədim ənənənin dirçəlişindən və bu istiqamətdə nəzərdə tutulan müştərək işlər haqqında müzakirələr aparılmışdırlar.

Eyni zamanda ölkədə Somelye (fr. Sommelier) və Kavist (fr. Caviste) mütəxəssislərinin hazırlanması, şərab turlarının təşkili, ekspress-treninqlərin və master-klassların keçirilməsi, Azərbaycan şərablarının xarici bazarlarda təbliğatı və tanıdılması kimi mövzulara da toxunulmuş və bu istiqamətdə bir sıra tədbirlərin görülməsi nəzərə alınmışdırlar.







Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/319261.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR