Bakıda qızıl bahalaşacaq

Bakıda qızıl bahalaşacaq
09:56 16 Yanvar 2015
95 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda da qızlın qiymətində yaxın günlərdə artımların olacağı gözlənilir".

ANS PRESS-in məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov bildirib.

O qeyd edib ki, bunun əsas səbəbi dünya bazarında müşahidə edilən artımlar nəticəsində idxal olunan anoloji məhsulların xərcinin yüksəlməsi ilə yanaşı bu ilin yanvarın 1-dən aksiz vergisi dərəcəsinin artırılması ilə bağlıdır:

"Qızılın qiyməti dünya bazarında son ayların ilk rekorduna imza atıb: qiymətli daş-qaşın qramının qiyməti yüksələrək son 5 ayda ilk dəfə olaraq psixoloji 40 dollarıq həddi yenidən keçib. İndi dünya bazarında qızılın 1 qramı 40.65 dollara, unsiyası isə 1265 dollara təklif edilir. Dəyərini son günlər 2 faiz artıra bilən qızıl son ayda 6 faiz bahalaşıb.
Qızıla tələbatın artması onun dünya bazar qiymətinin yüksəlməsinə səbəb olub. Belə ki, son aylar bir sıra ölkələr, o cümlədən Çin, Qazaxıstan, Türkiyə, Hindistan və hətta Rusiya öz ehtiyatlarının bir hissəsini qızıla çevirmək qərarına gəliblər".

İqtisadçı bildirir ki, 24,7 ton qızıl alan Qazaxıstan Mərkəzi Bankı öz qızıl ehtiyatlarını 181,9 tona çatdırıb. Mütəxəssis həmçininəlavə edir ki, MDB-nin digər üzvü olan Rusiya isə 7,23 ton qızıl alaraq öz ehtiyatlarını 1113 tona yüksəldib:

"2012-2014-cü illərdə qızılın düya bazar qiymətinin azalması və yeni qlobal iqtisadi böhran qorxusu inkişaf etməkdə olan ölkələrdə qızıla tələbatı artırıb. Qızılın qiymətinin artmasının digər səbəbi isə neft və valyuta bazarında müşahidə edilən çalxalanmalar fonunda investorların öz pullarını daha az riskli istiqamətə yönəltməsi ilə bağlıdır.

Qızılın qiymətindəki artım tempinin davam edəcəyi proqnozlaşdırılsa da hələlik kəskin yüksəliş gözlənilmir. Bununla belə, 2015-ci ildə bütövlükdə qızılın dəyər qazanacağı proqnozlaşdırılır", - deyə iqtisadçı bildirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=320035

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR