Yarıçılpaq, ehtiraslı qızlar Papa üçün şou göstərəcəklər - FOTO

Yarıçılpaq, ehtiraslı qızlar Papa üçün şou göstərəcəklər - FOTO
10:05 16 Yanvar 2015
249 Dünya
Ölkə mətbuatı
A- A+

Karnaval şousu Argentinada baş tutacaq
Argentinanın "Ara Yevi" rəqs qrupu Roma Papası Fransiskin şərəfinə möhtəşəm karnaval şousu hazırlayıb.

Anspress-in məlumatına görə, Argentinada karnaval müqəddəs hesab edilir və dünyanı birləşdirməyə xidmət kimi başa düşülür.

Avropada etirazların, qarşıdurmaların olduğu bir vaxtda sambaçılar papa üçün hazırlanan qaynar rəqs nümunələri ilə 400 mindən çox insanı heyran etməyi planlaşdırırlar.

Onlar bu karnaval şousu ilə iki il əvvəl katoliklərin dini lideri olaraq seçilən papa Fransiskə sevgi və hörmətlərini çatdıracaqlar.

Karnavalda papanı imitasiya etmək üçün eyni ilə ona bənzəyən aktyor da seçilib. Paradda "Ara Yevi” rəqs truppasının 300-dən çox üzvü iştirak edəcək.

Qeyd edək ki, karnaval şousu Argentinanın Qualequayçu şəhərində baş tutacaq.

Milli.Az















Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319264.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR