“NARGIS” jurnalının baş redaktoru və "Buro 24/7 Azerbaijan" portalının təsisçisi Ülviyyə Rəhmanova jurnalın yeni sayında “Stil ikonası” rubrikasının qonağı olub. Lent.az-ın məlumatına görə, "Tez-tez dəyişmək həmişə yaxşı və maraqlıdır, bir şərtlə ki, sonda özünə qayıdasan...", - deyən Ü. Rəhmanova jurnala müsahibəsində həyatının ən maraqlı anları, seçimləri və hisləri barədə danışıb.