Nizami Kino Mərkəzində Milli Qəhrəmanlar haqqında filmlər

Nizami Kino Mərkəzində Milli Qəhrəmanlar haqqında filmlər
10:54 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Nizami Kino Mərkəzində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı Azərbaycanın Milli Qəhrəmanları haqqında çəkilmiş sənədli filmlərin nümayişi keçirilir. Mərkəzdən Lent.az-a verilən məlumata görə, yanvarın 15 - də Milli Qəhrəman Gültəkin Əsgərova haqqında rejissor Kəmalə  Musazadənin  “Gültəkin”  və  Milli qəhrəman Qorxmaz Eyvazov haqqında rejissor Yalçin Verdiyevin “Adına yaraşan oğul” adlı çəkdikləri sənədli filmlər Bakı Ali Neft Məktəbinin tələbələrinə təqdim olunub.

 

Mərkəzdə sənədli filmlərin növbəti nümayişləri yanvarın 16-ı və 19-da da davam etdiriləcək.

 

Qeyd edək ki, nümayişi Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəkləyir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190516

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR