Aytən Səfərova: "Sənin dədənin çörəyini yemirəm ki..."

Aytən Səfərova: "Sənin dədənin çörəyini yemirəm ki..."
11:05 16 Yanvar 2015
101 Şou
Ölkə mətbuatı
A- A+

ANS-in aparıcısı Aytən Səfərova kökəlməyinin səbəbini açıqlayıb
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, “İncə+” verilişinin qonağı olan aparıcı heç vaxt pəhriz saxlamadığını deyib:

"Heç vaxt hədsiz arıq olmamışam. Amma belə kök də deyildim. Hamiləliyimin ikinci mərhələsini çox ağır keçirdim, yemək yemirdim, bütün günü sistem altında qalırdım. Hormonal dərmanlar məni belə kökəltdi. Mənə belə xoşdur. Heç vaxt pəhriz saxlamamışam. Gündə bir düyü, bir noxud yeyib, aqressiv dolaşmaq mənə lazım deyil.

6-cı mərtəbədə yaşayıram, hər gün pilləkənlə düşüb-qalxıram. Kimsə “Niyə arıqlamırsız” sualını verəndə isə cavabım belə olur: Şəxsi işimdir, sənin dədənin çörəyini yemirəm ki... Mənim dərdimi çəkən gedib başını divara döysün. Mən kök deyiləm, normal xanımam. Sevmək və sevilmək üçün bədən ölçüsü önəmli deyil. Əsas qadının maraqlı olmasıdır. Gözəllikdən 40 gün sonra doyurlar, amma gözəl xasiyyətdən yox".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/319299.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR