Səfir erməniləri necə qəzəbləndirdi

Səfir erməniləri necə qəzəbləndirdi
11:24 16 Yanvar 2015
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Səfir Jerar Aro: “Fransada Holokostun inkarının qadağan olunması haqda qanun var, çünki Holokost doğrudan da baş verib”

Fransanın ABŞ-dakı səfiri Jerar Aronun uydurma “erməni soyqırımı” ilə bağlı ABŞ-ın NBC telekanalına açıqlaması Fransadakı ermənilərin etirazına səbəb olub. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi xəbərə görə, Fransadakı erməni məsələsi üzrə büro Fransanın xarici işlər naziri Loran Fabiusa etiraz məktubu göndərib.  

 

Qeyd edək ki, səfir J. Aro Fransada Holokost (yəhudi soyqırımı) və “erməni soyqırımı”nı inkar etməyin qanunla qadağan olunduğu halda, nə üçün islam əleyhinə karikaturalar çəkilməklə provokasiya törədilməsinə icazə verildiyi barədə sualı belə cavablandırıb: “Əslində “erməni soyqırımı”nı inkar etməyin qadağan olunması haqda qanun yoxdur. Holokostun inkarı ilə bağlı qanun var, çünki bu, fikir deyil, Holokost doğrudan da baş verib. “Holokost” olmayıb deməklə siz hansısa fikir ifadə etmirsiniz, çünki bu, faktdır. Fransada Holokostu inkar etməkdən başqa hər şeyə icazə var. Əlbəttə, insanı ləkələyən məlumatlardan başqa”.     

 

Fransadakı Erməni Bürosunun məktubunda isə deyilir ki, Fransa təmsilçisinin bu fikirləri dövlətin rəsmi mövqeyinə ziddir, çünki Fransa rəsmi şəkildə “erməni soyqırımı”nı tanıyıb. Məktub müəllifləri səfirin bu sözlərinə rəsmi münasibət bildirilməsini xahiş ediblər. Amerika Erməni Milli Komitəsi isə Fransanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə çağırıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190523

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR