Azərbaycanda bu il I qrup üzrə keçid balları artırılan ixtisasların adları açıqlanıb

12:57 12 May 2015
3588 Digər
Ölkə mətbuatı
A- A+

[ 12 May 2015 12:56 ]


Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) I ixtisas qrupu üzrə qəbul imtahanlarına hazırlaşan abituriyentlərinə müraciət edib.

 

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, komissiya Təhsil Nazirliyi tərəfindən daxil olmuş təklifi nəzərə alaraq 2015/2016-cı tədris ilində I qrupun 6 ixtisası üzrə müsabiqəyə ümumi balı müvafiq baldan aşağı olmayan abituriyentlərin buraxılması barədə qərar qəbul edib. Bunlara Geologiya-300 bal, Kompyuter elmləri-300 bal, Elektronika, telekommunikasıya və radiotexnika mühəndisliyi-250 bal, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi-250 bal, İnşaat mühəndisliyi-250 bal və Nəqliyyat tikintisi mühəndisliyi-250 bal daxildir.

 

Qeyd edək ki, bu günlərdə TQDK sədri Məleykə Abbaszadə mətbuata açıqlamasında bildirib ki, bu il ali məktəblərə qəbulda I qrupda 6 ixtisas üzrə Təhsil Nazirliyi müsabiqəyə buraxılmaq şərtini 200 bal deyil, 250 bal və 300 bal təyin edib və bu, tətbiq ediləcək.Keçid balları müəyyən ixtisaslarda indiyə kimi də olub: “Məsələn, dövlət sifarişli ixtisaslarda müsabiqəyə buraxılmaq şərti 300-350 baldır. Həmin formada təhsil almaq istəyənlər müsabiqəyə yalnız bu balları topladığı halda buraxılırlar. Dövlət sifarişli bütün ixtisaslarda ballar 300-dən yuxarıdır və bu şərtlər 300 baldan aşağı olmayıb”.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/383152

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR