Elektron Hökumət Portalının operatoru "Bax, istifadə et və yarat!" adlı mobil əlavələrin hazırlanması müsabiqəsi elan edir

Elektron Hökumət Portalının operatoru "Bax, istifadə et və yarat!" adlı mobil əlavələrin hazırlanması müsabiqəsi elan edir
11:36 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Elektron Hökumət Portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi www.data.gov.az portalının Açıq Məlumatlarından istifadə etməklə "Bax, istifadə et və yarat" adlı mobil əlavələrin hazırlanması müsabiqəsini elan edir.

İKT mütəxəssisləri, START UP-çılar, tələbələr və s. üçün nəzərdə tutulan yanvarın 15-dən aprel ayının 15-nə qədər davam edəcək bu müsabiqəyə qatılmaq üçün Açıq Məlumatlardan istifadə edərək ictimai əhəmiyyətli mobil proqramlar yaradıb müsabiqəyə təqdim etmək lazımdır.
 

Açıq Məlumat-azad şəkildə heç bir məhdudiyyət qoyulmadan istənilən şəxs tərəfindən istənilən məqsədlə istifadə edilən, şəkli dəyişdirilərək başqa formaya salınan (sxem, xəritə, diaqram və s.) və paylaşılan məlumatlardır. İctimai əhəmiyyət daşıyan bu məlumatlardan, heç bir patent, lisenziya, icazə və məhdudiyyət olmadan istifadəçilər istənilən vaxt istənilən formada yararlana bilər. Məlumatlar proqram təminatlarının yaradılmasında istifadə edilə bilən formatda olmalı və əməliyyat sistemləri tərəfindən oxuna bilinməlidir. Açıq Hökumət məlumatları ictimai xarakter daşıyan məlumatların məs, iqtisadi inkişaf statistikası, hava praqnozu, yağmur xəritəsi, seymsmik zonalar xəritəsi, poçt məntəqələri, taksafon aparatları məntəqələri, nəğd ödəniş terminalları, rabitə tarifləri, şəhərlərarası və beynəlxalq kodlar və s. vətəndaşların istifadəsinə verilir. İstənilən vətəndaş (proqramist və s.) bu məlumatlardan istifadə edərək ictimai əhəmiyyətli mobil proqramlar yaradıb müsabiqəyə təqdim edə bilər.
 

Müsabiqənin tələbləri:

 

Müsabiqəyə təqdim ediləcək mobil əlavələrin hazırlanması üçün www.data.gov.az portalına daxil olmaqla açıq məlumatlar siyahısından istifadə etməlisiniz.
 

Müsabiqədə iştirak etmək istəyənlər ilk növbədə www.e-gov.az portalında qeydiyyatdan keçməli, materialları göndərərkən qeydiyyat nömrəsini e-məktuba əlavə etməlidir. Qeydiyyat 2015-ci il martın 15-dək aparılacaq. Materialların son qəbul olunma tarixi aprel ayının 15-dir.
 

Müsabiqə üçün hazırlanmış materiallar bu ünvana göndərilməlidir - musabiqa@rabita.az.

 

Müsabiqənin mükafat fondu:

 

1-ci yer - 2000 manat

2-ci yer - 1000 manat

3-cü yer 500 manat
 

 Müsabiqə 15 yanvar 2015 cü ildən 15 aprel 2015-ci ilə qədər davam edəcək, materiallar RYTN tərəfindən müəyyən edilmiş peşəkar münsiflər tərəfindən qiymətləndiriləcək.

 

Müsabiqə barədə daha geniş məlumatları "Elektron hökumət" portalından (www.e-gov.az) və www.data.gov.az saytından əldə etmək olar.

 

Əlaqə telefonları: 157 (dax.4), (012) 5984271. Faks: (012) 565 14 52.


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34801-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR