Azərbaycanın bu kəndinə getmək qorxuludur - FOTO

Azərbaycanın bu kəndinə getmək qorxuludur - FOTO
11:37 16 Yanvar 2015
247 Sosial
Ölkə mətbuatı
A- A+

At öldü, oğlanı da zorla ayıltdıq
Goranboy rayonunun Nizami kənd sakinlərinin bir qismi təhlükə altında yaşayır. Çünki ərazidə mövcud olan transformator və elektrik naqillərinin qəzalı vəziyyəti onların həyatları üçün təhlükə mənbəyinə çevrilib.

Kəpəz televiziyasının (Region TV) verdiyi xəbərə görə, Nizami kəndində təxminən 10-a yaxın evin sakinləri hər an aşma təhlükəsi olan elektrik dirəklərinin və üstü açıq hava xəttinin necə gəldi çəkilməsindən gileylənirlər. Həyatı təhlükə ilə bağlı kənd sakinlərinin aidiyyatı üzrə müraciətləri isə müsbət nəticə verməyib.
 
Nərminə Quliyeva
- şikayətçi: "Kəndə nabələd adam gələndə buradan keçə bilmir, ya da keçir, az qala, cərəyan vura. Bilmir, bu dayaqda naqillər bu qədər aşağıdan keçir. Bir dəfə atlı buradan keçdi, cərəyan vurdu, at öldü, oğlanı da zorla ayıltdıq".

Ramil Əliyev
- şikayətçi: "Biz bu yoldan istifadə edə bilmirik, küçənin başına maşın gəlir, əşyalarımızı orada boşaldırıq, sonra da araba ilə daşıyırıq. Belə şey olar?"

Xaliq Quliyev - şikayətçi: "Bir dəfə naşı traktor gəldi, xətlərə ilişdi, saldı xətləri yerə, həmin vaxt burada adam olsaydı, hadisə baş verərdi. Bunlar gözləyirlər ki, bir adamı burda cərəyan vursun, öldürsün, ondan sonra bu işi yoluna qoysunlar".

Sevda Namazova - şikayətçi: "Neçə dəfə transformatorda yanğın olub, evdən çıxıb qaçmışıq. Bu nə vaxta qədər belə olacaq? Xahiş edirəm, bir əncam çəksinlər".

Goranboy Elektrik Şəbəkəsi də vəziyyətdən halidir. Qarşıdakı həftə ərzində Nizami kəndinin sakinləri üçün yaranan təhlükənin həll ediləcəyi bildirilir.

Anar Hüseynov - Goranboy Elektrik Şəbəkəsinin baş mühəndisi: "Həmin transformatorun qarşısındakı naqillərin boşalması, bir neçə dayağın əyilməsi ilə bizə məlumat daxil olub. Bu məsələlər üzümüzə gələn həftə tam həll olunacaq. Transformator da yenidir, ətrafında təhlükəsizlik səddi çəkiləcək".

Anar Hüseynov onu da bildirilib ki, Nizami kəndi üzrə elektrik şəbəkəsinə 20 min manatdan artıq borc yığılıb. 

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319303.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR