Aydın Əliyev vətəndaşlarla görüşəcək

Aydın Əliyev vətəndaşlarla görüşəcək
11:41 16 Yanvar 2015
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Gömrük Komitəsinin sədri Aydın Əliyev vətəndaşlarla görüşəcək.

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev yanvarın 23-də saat 11:00-da Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev pr. 35) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı bölgədə yerləşən rayonların - Neftçala, Salyan, Biləsuvar, Cəlilabad rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar yanvarın 22-si saat 11:00-dək “192”Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Biləsuvar Gömrük İdarəsi (əlaqə telefonu: (025) 295-34-69) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=320048

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR