Məhşur qapıçının sevgilisi "Eurovision"da - FOTOLAR

Məhşur qapıçının sevgilisi "Eurovision"da -   FOTOLAR
11:42 16 Yanvar 2015
567 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanı "Eurovision-2015"də təmsil edəcək müğənninin kimliyi müəyyənləşib. Fanat.az хəbər verir ki, ispanlar mühim yarışmaya Edurne Qarsia Almaqronu göndərmək qərarına gəlib.


Qısa olaraq Edurne adlandırılan 29 yaşlı müğənni "Mançestr Yunayted"in qapıçısı David de Geanın sevgilisidi. Məhşur qolkiper "Twitter" hesabından sevgilisi ilə bağlı şərh yazıb: "Eurovision"da bizi səndən yaxşı təmsil edən olmaz. Səninlə qürur duyuram". 


29 yaşlı müğənni sevgilisinin bu seçimdən razı olduğunu deyib. "Devid mənə görə çox sevindi. Dostlarım və ailəm də sevinclidi. Düşünürəm ki, finalda David İngiltərə çempionatı ilə məşğul olacaq. Ancaq ümid edirəm ki, o ailəsi və dostları ilə final mərhələsində iştirak edə biləcək". 


Qeyd edək ki, Almaqro müsabiqədə "Şəfəq" mahnısını ifa edəcək. Bu il mahnı müsabiqəsi Avstryada may ayının 12, 14, 16-da baş tutacaq. İspaniya birbaşa final mərhələsində iştirak edəcək. 


Fanat.az












Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mhur-qapcnn-sevgilisi-quoteurovisionquotda-t17497.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR