Tənqidçilər ən yaxşıları seçdilər - FOTO

Tənqidçilər ən yaxşıları seçdilər - FOTO
11:42 16 Yanvar 2015
175 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-da dünya kinematoqrafının ən nüfuzlu mükafatı sayılan "Oscar"a nominantların siyahısı açıqlanandan dərhal sonra, dünən "Critics' Choice Awards" mükafatının təqdimat mərasimi keçirilib.
 
Milli.Az Holywood reporter-yə istinadən bildirir ki, Los-Anceles şəhərindəki "Hollywood Palladium" konsert zalında keçirilən mərasimdə Hollivud ulduzları qırmızı xalıdan keçiblər. Onların arasında Ancelina Coli, Cennifer Eniston, Castin Teru, Riz Uizerspun, Kira Naytli, Diana Krüger, Culiana Mur və başqaları vardı.
 
1996-cı ildə təsis edilmiş "Critics' Choice Movie Awards" yanvarda keçirildiyindən hər ilin fevral ayında təşkil edilən "Oscar"a "hazırlıq" sayılır.
Mərasimdə "Ən yaxşı film" nominasiyasında "Boyhood" filmi qalib gəlib.

Filmin rejissoru Riçard Linkleyter "Ən yaxşı rejissor" sayılıb.
 
"Ən yaxşı aktrisa" nominasiyasında "Still Alice" filmindəki roluna görə Culiana Mur, "Ən yaxşı aktyor" nominasiyasında isə "Birdman"dakı roluna görə Maykl Kiton qalib sayılıb.
 
"Ən yaxşı arxa plan aktyoru" Conatan Kimbl Simmons ("Whiplash"), "Ən yaxşı arxa plan aktrisası" isə Patrisiya Arkett ("Boyhood") olub.
Animasiya filmləri arasında "The Lego Movie", komediyalar arasında "The Grand Budapest Hotel" qalib sayılıb.
 
"Critics' Choice Awards" ABŞ və Kanadanın 300-dən artıq kinotənqidçisini birləşdirən ABŞ Kinotənqidçilər Assosiasiyasının mükafatıdır.

Milli.Az
 

































































































































































Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/319274.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR