Ukraynada azərbaycanlılar yaralı əsgərlərlə

11:46 16 Yanvar 2015
101 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynada Azərbaycanlı Gənclər Birliyinin (UAGB) Lvov vilayət təşkilatı Lvov şəhərindəki hərbi qospitalda müalicə olunan yaralı ukraynalı əsgərlərə baş çəkiblər.

Azərbaycanın Ukraynadakı səfirlriyindən ANS PRESS-ə verilən məlumata görə, əsgərlərə maddi və mənəvi dəstək olduqlarını nümayiş etdiriblər. UAGB Lvov vilayət təşkilatının nümayəndəsi Elbin Quliyev və təşkilatın digər fəalları yaralı əsgərlərə humanitar yardım göstərərək, onlara Ukraynanın ərazi bütövlüyü uğrunda apardıqları haqq savaşında dəstək olduqlarını bildiriblər.

Əsgərləri 2015-ci il münasibəti ilə təbrik edən Azərbaycanlı gənclər, yeni ildə Ukrayna dövlətinə sülh və əminamanlıq, Ukrayna əsgərlərinə isə möhkəm iradə və dözümlülük arzulayıblar.
Ukraynanın indiki ağır dönəmində bu ölkəyə verdikləri dəstəyə görə azərbaycanlı gənclərə minnətdarlıqlarını bildirən Ukraynalı əsgərlər dünyanın harasında olmasından və yaşamasından asılı olmayaraq, hər bir kəsin, xüsusən də gənclərin ana vətən naminə apardıqları mübarizənin şərəfli olduğunu qeyd ediblər.

Görüş zamanı Azərbaycanlı gənclərin bundan sonrada Ukraynanın ərazi bütövlüyünə dəstək verəcəkləri bildirilib.





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=320030

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR