Əhməd Davudoğlu: Aİ Türkiyənin Avropa üçün əhəmiyyətini başa düşəcək

Əhməd Davudoğlu: Aİ Türkiyənin Avropa üçün əhəmiyyətini başa düşəcək
11:53 16 Yanvar 2015
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Avropa İttifaqı (Aİ) gec-tez Türkiyənin Aİ-yə daxil olması məsələsinin vacibliyini başa düşəcək. Trend-in cümə günü "Haber7" telekanalına istinadən verdiyi məlumata görə, bunu ölkənin Baş naziri Əhməd Davudoğlu bəyan edib.

Hökumət başçısının sözlərinə görə, Türkiyə Aİ-yə daxil olmağı xahiş etmək niyyətində deyil.

Ə.Davudoğlu Aİ ölkələri arasında birliyin olmadığını qeyd edib.

Qeyd edək ki, Türkiyəni Aİ-yə daxil olması üzrə rəsmi danışıqlar 2005-ci ildə bərpa edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2353931.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR