ƏƏSMN ötən il 30 min nəfərə yaxın işsiz və işaxtaran vətəndaşı işlə təmin edib

ƏƏSMN ötən il 30 min nəfərə yaxın işsiz və işaxtaran vətəndaşı işlə təmin edib
11:58 16 Yanvar 2015
121 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) orqanlarına ötən il iş üçün müraciət edən 47755 nəfər vətəndaşdan 62 faizə yaxını, yəni 29440 nəfəri münasib işlərlə təmin edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hesabat dövründə haqqı ödənilən ictimai işlərə cəlb olunanların sayı əvvəlki illə müqayisədə 7,6 faiz artaraq 1605 nəfər təşkil edib. DMX-nin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Naxçıvan şəhərlərindəki Əmək birjaları tərəfindən müvəqqəti xarakterli işlərə göndərilənlərin sayı isə 4,3 faiz artmaqla 4280 nəfər olub.

Ötən il peşə və ixtisası olmadığına görə iş tapmaqda çətinlik çəkən və ya peşə vərdişlərinə uyğun iş olmadığı üçün peşəsini dəyişməsi zəruri olan şəxslərin peşə hazırlığının təşkili də diqqətdə saxlanıb. İl ərzində 3786 nəfər belə vətəndaş əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib. Bu dövrdə orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri olan 113246 nəfərə gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümü məsləhətlər verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2353953.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR