Messiyə ağlasığmaz təklif: 728 milyon dollar!

Messiyə ağlasığmaz təklif: 728 milyon dollar!
12:37 16 Yanvar 2015
113 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın futbolçusu Lionel Messi haqda sensasiyalı iddia yayılıb.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, İngiltərənin "The Sun" qəzeti "Mançester Siti"nin argentinalı hücumçunun transferi üçün 480 milyon funt-sterlinq (təqribən 728 milyon dollar) ödəməyə hazır olduğunu yazıb.
 
"Mançester Siti"nin ərəb sponsporlarının dəstəyi ilə Messinin heyətinə cəlb etməsinin mümkünlüyü ifadə edilib. İngiltərə klubunun 27 yaşlı oyunçunu Argentina millisindəki komanda yoldaşı Serxio Aquero vasitəsi ilə bu transferə razı salmağa çalışacağı bildirilib.
 
Qeyd edək ki, "Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrini son açıqlamasında Messini ala biləcək imkanda olduqlarını söyləyib.
 
"Barselona"nın prezidenti Xosep Mariya Bartomeu isə argentinalı hücumçunun Kataloniya klubundan ayrılmağı düşünmədiyini bildirib: “Messi mənə dedi ki, “Barselona”da qalmaq istəyir. O, bizim kluba sadiqdir”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/319326.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR