Bakı-2015-in idman obyektlərində əldə edilən irəliləyişlər AOK rəsmiləri tərəfindən yüksək qiymətləndirilib

12:52 16 Yanvar 2015
102 İdman
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 12:47 ]

Bakı – APA. “Mingəçevir şəhərindəki obyektlərdə əldə edilən irəliləyişlər bizi heyran etdi. Bura şübhəsiz ki, idmançıların hər cür ehtiyaclarını qarşılayacaq və onlara Oyunlar zamanı ən yüksək şəkildə çıxış etmək imkanı yaradacaq”.

Bakı-2015-in Təşkilat Komitəsindən apasport.az saytına verilən məlumata görə, bu fikirlər Avropa Olimpiya Komitəsinin (AOK) Oyunlar üzrə baş məsləhətçisi Guido de Bondt və İrlandiya Milli Olimpiya Komitəsinin baş katibi Dermot Henihana məxsusdur.

 

AOK rəsmiləri Mingəçevir şəhərindəki “Kür” Olimpiya Mərkəzinə etdikləri səfərin yekunu olaraq, orada əldə edilən irəliləyişlər xoş sözlər deyiblər. Burada ərazini gəzərək, mövcud qurğuda gedən yenidənqurma işləri barəsində son məlumatları alan qonaqlar Azərbaycanın ilk Avropa Oyunlarına uğurla ev sahibliyi edəcəyinə əminliyini ifadə ediblər: “Birinci Avropa Oyunlarını həyata keçirməsi üçün Bakı-2015-in Əməliyyat Komitəsinə qısa vaxt müddətinin verilməsinə baxmayaraq, əminik ki, onların detallı planlaşdırmaları və gərgin işləri obyektin qrafik üzrə və yüksək standarta cavab verəcək şəkildə tamamlanmasını təmin edəcəkdir. “İşıqlar şəhəri” kimi tanınan Mingəçevir Bakıdan təxminən 250 kilometr məsafədə, çay sahilində yerləşir və Azərbaycanın avarçəkmə idman komandalarının vətəni hesab edilir. Avropa Oyunlarının tələblərinə uyğun yüksək səviyyəli standartlara cavab verməsi üçün mövcud obyektdə geniş təkmilləşdirmə işləri gedir”.

 

Qeyd edək ki, Avropa Oyunları çərçivəsində Mingəçevir şəhərindəki 3 günlük avarçəkmə yarışları iyun 14-16-a təsadüf edəcək. 12 kayak (kişilər və qadınlar arasında) və 3 kanoe (yalnız kişilər arasında) qayıqlarında mübarizəyə 350-dən çox idmançı qatılacaq. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369317

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR