ANS PRESS-in məlumatına görə, Everest dağı yaxınlığında meydana gələn 7.3 bal gücündə zəlzələdən sonra ölənlərin sayının 50-ni keçdiyi, 1000-dən çox yaralı olduğu bildirilir.
Hindistanda isə ən az 17 nəfərin öldüyü barədə məlumat yayılıb.
Yeraltı təkanlar 75 bölgədən 31-də, hətta qonşu ölkə hindistanın paytaxtı Delhi və banqladeşin paytaxtı Dakkada da hiss olunub.
Qeyd edək ki, yeraltı təkanların gücü 7,3 bal təşkil edib. Zəlzələnin episentri paytaxt Katmandudan 70 km aralıda qeydə alınıb.




MənbəANS PRESS