Azərbaycanın 1000-dən çox hərbçisi bu il NATO-nun 116 tədbirində iştirak edəcək

13:17 16 Yanvar 2015
90 Sosial
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 13:13 ]

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanın NATO ilə 2015-ci il üçün Fərdi Tərəfdaşlığın Əməkdaşlıq Proqramının (İPCP) Müdafiə Nazirliyinə aid olan hissəsində 116 tədbirdə Silahlı Qüvvələrin 1000-dən çox hərbi qulluqçusunun iştirakı nəzərdə tutulur.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

 

Qeyd olunan tədbirlərdən 109-nun xarici dövlətlərdə, 7 tədbirin isə Azərbaycanda keçirilməsi planlaşdırılıb.

 

Nazirlikdən bildirilib ki, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələri ilə NATO arasında 2014-cü il üçün razılaşdırılmış İPCP-ın Müdafiə Nazirliyinə aid olan hissəsinə əsasən 100-dən çox tədbirdə Silahlı Qüvvələrin 1200-dən artıq nümayəndələri iştirak edib.

 

Ötən il əsasən Müdafiə Siyasəti və Strategiyası, dil təlimi, hərbi təlimlər və təlimlə bağlı tədbirlər, hərbi təhsil, doktrina, Maddi - Texniki Təminat, Sülhməramlı qüvvələrin konsepsiyası, planlaşdırılması və əməliyyat sahələri, Komanda və nəzarət, Beynəlxalq humanitar hüquq, Müdafiənin planlaşdırılması, Büdcə və ehtiyatların idarə edilməsi sahələrinə prioritet verilib.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369328

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR