İŞİD İraqın qərbində 170 nəfəri qaçırıb

İŞİD İraqın qərbində 170 nəfəri qaçırıb
13:19 16 Yanvar 2015
88 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
İŞİD yaraqlıları İraqın qərbində İraq təhlükəsizlik qüvvələrini dəstəkləyən “Əs-Səhva” üzvləri ilə əlaqələrinə görə 170 nəfəri qaçırıblar.
AzərTAc RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, insident Ənbar vilayətinin Əl-Fəllucə şəhərində baş verib, qaçırılanların taleyi haqda heç bir məlumat yoxdur.
İraqda hökumətə bağlı “Əs-Səhva” sünni qruplaşmalarının üzvləri İŞİD-ə qarşı mübarizə aparırlar və onlar arasında tez-tez toqquşmalar qeydə alınır. Belə ki, dekabrın axırlarında Bağdad yaxınlığındakı Mədain, bir neçə gündən sonra isə Taci şəhərlərində “Əs-Səhva” üzvlərinə qarşı yönəlmiş partlayışlarda 35 nəfər həlak olmuşdu.
İraqda və Suriyada fəaliyyət göstərən İŞİD hər ölkənin xeyli hissəsini əllərinə keçirərək həmin ərazilərdə İslam xilafəti elan edib. Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə qruplaşma tərəfdə döyüşən yaraqlıların sayı təxminən 30 min nəfərdir.
İŞİD-ə qarşı mübarizədə vahid cəbhə yoxdur: qruplaşma ilə Suriya və İraq ordusu, həmçinin bu ölkələrdə yaşayan kürdlər mübarizə aparırlar. ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri isə İŞİD mövqelərinə yalnız hava zərbələr endirməklə kifayətlənirlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ISID_Iraqin_qerbinde_170_neferi_qachirib-825233

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR