Bakı, 16 yanvar, AzərTAc
Yanvarın 16-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində yeniyetmələr arasında 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə sayca 18-ci Beynəlxalq turnir başlayıb.
AzərTAc xəbər verir ki, turnir Müşfiq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.
Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən, 10 çəki dərəcəsi üzrə keçirilən yarışda 1998-2000-ci illər təvəllüdlü idmançılar mübarizə aparırlar.
Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Türkiyə, İran, Rusiya, Gürcüstan, Qazaxıstan və Özbəkistandan olan güləşçilər də iştirak edirlər.
Yarışın ilk günündə sərbəst güləşçilər mübarizə aparırlar.