Fransada bomba həyəcanı (FOTO)

Fransada bomba həyəcanı (FOTO)
13:26 16 Yanvar 2015
115 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada qatarda bomba həyəcanı yaşanıb.

ANS PRESS-in məlumatına görə, Parisdə bir qatar stansiyasında bomba olduğu ilə bağlı polisə məlumat daxil olub. Bu xəbərin ardından stansiyaya giriş-çıxış dayandırılıb.

Yerli saatla 08:00-da gələn bomba məlumat əsasında stansiyadakı bütün sərnişinlər və heyət çölə çıxarılıb. Polis hadisə yerində araşdırma aparmağa başlayıb.

Fransız mətbuatının iddiasına görə, panikaya sahibsiz bir çamadan səbəb olub. Paris Prokurorluğu isə ötən həftə təşkil edilən terror hücumları ilə əlaqəli ola biləcəyi düşünülən 10 nəfərin saxlandığını bildirib.





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320076

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR