Bakı, 13 may, AZƏRTAC
Nepalda baş verən yeni zəlzələ nəticəsində ölənlərin sayı 65 nəfərə, yaralananların sayı isə 1926 nəfərə çatıb. Bu barədə ölkənin fövqəladə hallar üzrə milli mərkəzi məlumat verib.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, mayın 12-də səhər saatlarında Nepalda Rixter cədvəli üzrə 7,3 bal gücündə yeni zəlzələ baş verib. Zəlzələnin episentri ölkənin paytaxtı Katmandu şəhərindən 83 kilometr şərqdə, yerin 18,5 kilometr dərinliyində yerləşib. Sonradan isə 6,3 bal və daha aşağı gücdə daha altı təkan qeydə alınıb.
Xatırladaq ki, aprelin 25-də Nepalda baş verən Rixter cədvəli üzrə 7,9 bal gücündə zəlzələ nəticəsində 8 mindən çox insan həyatını itirmişdi.