Ötən il Azərbaycanın 3 ölkədə diplomatik ofisi, 2 ölkədə fəxri konsulluğu açılıb

Ötən il Azərbaycanın 3 ölkədə diplomatik ofisi, 2 ölkədə fəxri konsulluğu açılıb
13:32 16 Yanvar 2015
109 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 13:30 ]


Bakı. Məlahət Nəcəfova - APA. Ötən il Azərbaycanın 3 ölkədə diplomatik ofisi, 2 ölkədə isə fəxri konsulluğu fəaliyyətə başlayıb.

 

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2014-cü ilin yekunlarına həsr olunmuş mətbuat üçün buraxılışında yer alıb.

 

Məlumata əsasən, ikitərəfli əlaqələrin inkişafı məqsədilə Azərbaycanın diplomatik təmsilçiliyin coğrafiyası da genişləndirilib: “Ötən ildən Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyinin Kolumbiya Respublikasında ofisi, Argentina Respublikasındakı səfirliyinin Uruqvay Şərq Respublikasında və Çili Respublikasında ofisləri, həmçinin Malta Respublikasında fəxri konsulluğu və Ukraynanın Xarkov şəhərində fəxri konsulluğu fəaliyyət göstərməyə başlayıb”.

 

Buraxılışda deyilir ki, 2014-cü ildə Azərbaycanın Efiopiya Federal Demokratik Respublikası və Afrika İttifaqı yanında nümayəndəliyi fəaliyyətə başlayıb: “Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Əlcəzair Xalq Demokratik Respublikasında səfirliyinin təsis edilməsi haqqında sərəncam imzalanıb”.

 

Ötən il Azərbaycanın Kolumbiya, Malayziya, İsveç Krallığı, Meksika Birləşmiş Ştatları, Xorvatiya, İspaniya Krallığı və Estoniya Respublikası səfirliyinin ofisləri, Sloveniya və Makedoniya Respublikalarının isə fəxri konsulluqları fəaliyyətə başlayıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369343

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR