Azərbaycan, Bakı, 16 yanvar /Trend/
Əfsanəvi boksçu Məhəmməd Əli xəstəxanaya yerləşdirilib.
Trend-in cümə günü "İnterfaks"a istinadən verdiyi məlumata əsasən, 72 yaşlı idmançı 10 il əvvəl də xəstəxanaya yerləşdirilmişdi.
Həmin vaxt M.Əli sidik yollarının infeksiyasına görə müalicə almışdı. Boksçu bu dəfə də eyni xəstəlikdən müalicə olunacaq.
Məlumata görə, onun vəziyyəti indi daha az təhlükəlidir.
Qeyd edək ki, 1981-ci ildə idman karyerasını başa vurmuş boksçu 1984-cü ildən Parkinson xəstəliyindən əziyyət çəkir.
O, peşəkar karyerası ərzində keçirdiyi 61 görüşün 56-da qələbə qazanıb, beşində rinqi məğlub tərk edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az