Merkel: “Putinin G-7 liderlərinin növbəti toplantısına dəvət olunması şansı yoxdur”

13:52 16 Yanvar 2015
90 Dünya
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 13:50 ]


Bakı. Rüfət Əhmədzadə – APA. Rusiya prezidenti Vladimir Putinin G-7 liderlərinin növbəti toplantısına dəvət olunması şansı yoxdur.

 

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə bu ilin iyun ayında G-7 sammitinə ev sahibliyi edəcək Almaniya kansleri Angela Merkel bildirib.

 

“G-7 və keçmiş G-8 özünü həmişə dəyərlərə əsaslanan birlik kimi nümayiş etdirib. Krımın ilhaq olunması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və Ukraynanın şərqində baş verənlər ümumi dəyərlərə xələl gətirir”, – deyə Merkel qeyd edib.

 

O əlavə edib ki, Rusiyaya qarşı sanksiyalara yenidən baxılmayacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369349

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR