İradə İbrahimova: "İstədim Vətən havası udsun"

İradə İbrahimova: "İstədim Vətən havası udsun"
13:52 16 Yanvar 2015
106 Şou
Ölkə mətbuatı
A- A+

"İstəyirəm qızım Bakının ən gözəl yerlərini görsün, yaddaşında saxlasın. İstanbula qayıdanda hamıya bu haqda danışsın. Onu görməli yerlərdə gəzdirirəm"
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri “Gün üzü” verilişinin qonağı olan müğənni İradə İbrahimova deyib.

O, qızı İpəyi də özü ilə birlikdə Bakıya gətirməsinin səbəbini açıqlayıb:

"İpək 4 yaş 2 aylıqdır. İndi gördükləri onun yaddaşına həkk olunacaq. Buraya gələndə onu İstanbulda, nənəsinin yanında qoya bilərdim. Amma bura qızımın vətənidir.

İstədim, tanısın, görsün, Vətən havası udsun. Ona Bakı ilə bağlı gözəl söhbətlər danışıram, gəzməli yerləri göstərirəm. Hətta qızıma milli rəqslərimizi də öyrədirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/319333.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR