178 illik nəhəng şirkət iflasa uğradı

Dünyanın ən böyük turizm şirkətlərindən biri hesab edilən İngiltərənin "Thomas Cook" şirkəti iflas etdi.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, "İngilis Sivil Aviasiya Qurumu"ndan verilən açıqlamada bildirilib ki, şirkəti xilas etmə adına keçirilən bütün görüşlər uğursuzluqla nəticələnib. Beləliklə, 178 illik tarixi olan şirkət rəsmi olaraq iflasa uğrayıb.

Bu prosesin ardından bir çox ölkədən İngiltərə vətəndaşlarının geri qaytarılması üçün əməliyyat başlanılıb. Əməliyyat çərçivəsində 150 mindən çox insanın ölkəyə geri qaytarılması gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı