Ötən il 30 min nəfərə yaxın işsiz və işaxtaran vətəndaş işlə təmin edilib

14:03 16 Yanvar 2015
105 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti (DMX) orqanlarına ötən il iş üçün müraciət edən 47 min 755 nəfər vətəndaşdan 62 faizə yaxını, yəni 29 min 440 nəfəri münasib işlərlə təmin edilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildiriblər ki, hesabat dövründə haqqı ödənilən ictimai işlərə cəlb olunanların sayı əvvəlki illə müqayisədə 7,6 faiz artaraq 1605 nəfər təşkil edib. DMX-nin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Naxçıvan şəhərlərindəki Əmək birjaları tərəfindən müvəqqəti xarakterli işlərə göndərilənlərin sayı isə 4,3 faiz artmaqla 4 min 280 nəfər olub.
Ötən il peşə və ixtisası olmadığına görə iş tapmaqda çətinlik çəkən və ya peşə vərdişlərinə uyğun iş olmadığı üçün peşəsini dəyişməsi zəruri olan şəxslərin peşə hazırlığının təşkili də diqqətdə saxlanıb.
İl ərzində 3786 nəfər belə vətəndaş əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib. Bu dövrdə orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri olan 113246 nəfərə gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümü məsləhətlər verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_il_30_min_nefere_yaxin_issiz_ve_isaxtaran_vetendas_isle_temin_edilib-825258

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR