Bakıda polis dilənçiləri saxlanılıb.
ANS PRESS-in Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, dilənçiliklə məşğul olan 25 nəfər saxlanılıb və xəbərdarlıq edildikdən sonra buraxılıblar.
Bildirilib ki, əməliyyat Nərimanov RPİ 16-cı, 17-ci və 18-ci PB və Suraxanı RPİ əməkdaşları tərəfindən həyata keçirilib.
Dilənçiliklə məşğul olan 25 nəfərdən 5-i kişi, 11-i qadın, 9-u isə azyaşlı olub.
Saxlanılan dilənçilər xəbərdarlıq edildikdən sonra buraxılıblar.