Jurnaldan boğulan qız baxır - FOTO

Jurnaldan boğulan qız baxır - FOTO
14:12 16 Yanvar 2015
114 Dünya
Ölkə mətbuatı
A- A+

Cosmopoliten jurnalının son sayı ekstraordinar şəkildə çıxıb.
Jurnalın üz qabığı polietilenə bükülüb. Polietilenin arxasında isə boğulan qız fotosu var.
 
Bu qız Şəfilə Əhməddir.
 
Milli.Az TMZ-yə istinadən bildirir ki, İngiltərənin Çeşir qraflığının Uorrinqton bölgəsindəki Qret Senki şəhərində yaşamış Şəfilə İftixar Əhməd 2003-cü ildə qətlə yetirilmişdi. Əslən pakistanlı olan 17 yaşlı qızı valideynləri İftixar Fərzanə Əhmədlər boğmuşdular.
Şəfilə atasının sözündən çıxmış, ailənin məsləhət bildiyi oğlana ərə getmək istəməmişdi. Bredford şəhər məscidinin imamı olan İftixar Əhməd də qızını öldürmüşdü.
 
Cosmopoliten jurnalının fevral sayı 2003-cü ilin sentyabrında qətlə yetirilmiş Şəfilənin fotosunu "Leo Burnett" agentliyinin reklam kampaniyası çərçivəsində dərc edib. Kampaniya "Karma Nirvana" xeyriyyə təşkilatının qadın zorakılığına qarşı aksiyasına dəstək məqsədi güdür.
 
Milli.Az
 




Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319268.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR