Hüquq müdafiəçisi QMİ-nin həbsdə olan sektor müdiri Elşən Mustafayevlə görüşüb

14:27 16 Yanvar 2015
91 Digər
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 14:24 ]


Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafayevlə görüşüblər.

 

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, E. Mustafayev ötən il dekabrın 16-da Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulub: “O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir. Saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti yoxdur. Lakin özünü təqsirli bilmir”.   


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369357

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR