Rom və siqar: ABŞ Kubaya qarşı sanksiyaları yüngülləşdirir

Rom və siqar: ABŞ Kubaya qarşı sanksiyaları yüngülləşdirir
14:28 16 Yanvar 2015
101 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Bundan sonra amerikalı turistlər xüsusi icazə almadan Kubaya səyahət edə, özləri ilə siqar və rom alıb gətirə bilərlər. Yanvarın 16-dan ABŞ-ın Havanaya qarşı sanksiyaları yüngülləşdirən proqramı qüvvəyə minir. Ticarət və maliyyə nazirlikləri tərəfindən sanksiyaların yüngülləşdirilməsi Amerika Prezidentinin Kuba ilə münasibətləri normallaşdırmaq barədə qərarı çərçivəsində aparılır.
AzərTAc Euronews telekanalına istinadla xəbər verir ki, bundan sonra Kubaya telekommunikasiya, kənd təsərrüfatı və tikinti avadanlıqlarının ixracına, səyahət turlarına və bank əməliyyatlarına icazə veriləcək. Amerikalı turistlər də öz növbəsində müəyyən dəyərdə Kuba mallarını, o cümlədən alkoqollu içkiləri və tütün məmulatlarını ölkədən rüsumsuz çıxara biləcəklər.
ABŞ Prezidenti Barak Obama keçən ilin dekabr ayında Kuba ilə münasibətləri bərpa etmək barədə niyyətini açıqlamışdı. Kuba Prezidenti Raul Kastro da öz növbəsində bu qərarı alqışlamış, lakin ölkənin birpartiyalı hakimiyyət sistemindən vaz keçməyəcəyini bildirmişdi.
Bu günlərdə rəsmi Havana ABŞ-la münasibətlərin nizamlanmasına dair razılaşmaya əsasən həbsxanalarda saxlanılan bütün 53 dissidenti azad edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rom_ve_siqar_ABS_Kubaya_qarsi_sanksiyalari_yungullesdirir-825269

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR