ANS PRESS-in məlumatına görə, 2500-dən çox insanın xəsarət aldığı bildirilir.
Nepal xalqı aprel ayının 25-ində baş vermiş təbii fəlakətin təsirindən özünə gəlməmiş iki gün öncə baş verən daha bir dağıdıcı zəlzələ əhali arasında dərin sarsıntıya səbəb olub. Minlərlə insan artıq evlərinə getməkdən qorxurlar. Növbəti şiddətli zəlzələnin ola biləcəyi ehtimalı hər kəsi dərindən narahat edir. Vəziyyətlə əlaqədar insanlar evlərinin yanında çadır düşərgələri salmağa başlayıblar. Ötən gün paytaxt Katmandu sakinlərinin əskəriyyəti gecəni çöldə keçirib.
Katmandu sakini: “Bizə bir az kömək ediblər. Lakin bu kifayət etmir. Artıq bizə verilən ərzaqları tükətmişik. Bizə əlavə kömək lazmdır”
Rəsmilər sutka ərzində 30-dan çox təkan qeydə alındığını bildiriblər.
Zəlzələnin episentiri paytaxt Katmandu yaxınlığında qeyd alınıb.
Xatırladaq ki, aprel ayında baş vermiş rixter cədvəli ilə 7.8 bal gücündə zəlzələ nəticəsində 8000-dən çox insan ölmüşdü. Mənbə
Associated Press