Avstriyanın Vyana şəhərində UEFA-nın bütün üzv assosiasiyalarının nümayəndələrinin iştirakı ilə UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə "fair play"i mövzusunda seminarı keçiriləcək.
"Report"un məlumatına görə, oktyabrın 2-dən 4-də keçiriləcək və AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev ilə qrupun baş eksperti Bəhram Dadaşovun iştirak edəcəyi seminarda bəzi mövzular müzakirə olunacaq.
Seminarda ötən lisenziyalaşdırma mövsümünün icmalı, UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play-i üzrə qaydalarında baş vermiş dəyişikliklər, UEFA tərəfindən hazırlanmış, Avropanı əhatə edən Lisenziyalaşdırma üzrə statistik hesabatın təqdimatı və lisenziyalaşdırma üzrə qərarlar və müvafiq nəticələr