Ukrayna Təhlükəsizlik Xidməti azərbaycanlı iş adamı Vahid Ələkbərova məxsus “Lukoyl” və “Vetek” şirkətlərinə daxil olan təsərrüfat subyektlərini “terrorçuları maliyyələşdirmək”də ittiham edib.
Qafqazinfo Ukrayna KİV-ə istinadən xəbər verir ki, hazırda həmin subyektlərlə bağlı cinayət işi açılıb.
Təhlükəsizlik Xidmətinin yaydığı məlumata əsasən, 2013-2014-cü illər ərzində “Lukoyl”un vəzifəli şəxsləri Feodosiya, Xerson, İsmail, Nikolaev və Odessa dəniz terminalları, həmçinin Ukraynanın qərb sərhədlərində yerləşən sərhəd buraxılış məntəqələri və Belorus sərhədi vasitəsi ilə dəyəri 2 milyard dollarla ölçülən 2 milyon tonluq neft qaçaqmalçılığı həyata keçiriblər.
Eyni zamanda, əldə edilən vəsaitin qondarma Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası separatçılarının maliyyələşdirilməsinə sərf edildiyi bildirilir.
Milli.Az