Serjin klanı Qarabağa qaçır

Serjin klanı Qarabağa qaçır
16:21 16 Yanvar 2015
116 Dünya
Ölkə mətbuatı
A- A+

Gümrü hadisələri Ermənistanda qüvvələr nisbətini dəyişib və hakim “Qarabağ” klanının İrəvanı tərk etmək ehtimalı yaranıb.

ANS PRESS-in məlumatına görə, vəziyyət Serj Sarkisyanı elə də xoş olmayan X gününün qeydinə qalmağa məcbur edib. O, “Qarabağ” mafiyasında ikinci adam sayılan müdafiə naziri Seyran Ohanyanı Qarabağa göndərib. Ohanyan Xankəndidə qondarma rejimin rəhbəri Bako Saakyan və bir sıra hərbçilərlə görüşüb və bir sıra müzakirələr aparıb.

Böyük ehtimalla görüşdə Rusiya qulbeçəsi olan Ermənistanın siyasi elitasının - Qarabağ “şurtvas”larının xilası planı müzakirə olunub. Məsələ bundadır ki, Serj Sarkisyan yıxılarsa və hakimiyyətə Ermənistan erməniləri gələrsə, yeni hakimiyyət rahatlıqla Qarabağı Azərbaycana qaytara bilər. Erməni millətinin uzaqgörən insanları başa düşür ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmadıqca bu ölkə faciədən qurtula bilməyəcək.

Amma hadisələrin bu cür cərəyanı erməni xalqını uçuruma aparmış Qarabağ “şurtvas”ları üçün üçün çox pis perspektivlər açır. Cənubi Qafqazda heç kimdən gizli deyil ki, İrəvan erməniləri qarabağlıları erməni saymırlar, onların erməniləşmiş türk, ləzgi və tat olduğunu düşünürlər. Buna görə də Qarabağ ermənilərinə “şurtvas”, yəni dönmə deyirlər. Eyni fikir rus tədqiqatçısı Veliçko tərəfindən də vurğulanır. Onun fikrincə, Qarabağ ermənilərinin 70%-i türk mənşəli, 30 faizi isə Qafqaz və İran mənşəlidir.

Ermənilərdən fərqli olduqlarını həmişə anlayan “şurtvas”lar Ermənistanı itirdikdən sonra özləri üçün xilas yolu arayırlar və həmişə olduğu kimi xilası Rusiyada görürlər. Yəni “Qarabağ” klanı İrəvanı itirdikdən sonra Xankəndiyə daşınaraq İrəvanla düşmənçilik edəcək, Rusiya qoşunlarının Qarabağa gətirilməsinə çalışacaq.

Amma çətin ki, Rusiya kiçicik Qarabağa görə Azərbaycanı və ya Ermənistanı itirmək fikrinə düşsün. Moskva üçün ən əlverişli variant Azərbaycana dəstək verməklə Ermənistana təzyiq göstərmək olacaq. Həmin variant həyata keçərsə, Azərbaycan 1918-ci ildə 99 illik müqavilə ilə Ermənistana icarəyə verdiyi İrəvanı geri qaytara bilər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=320107

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR